İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərəblər Azərbaycan klubuna 300 min ödədi - SÜRPRİZ TRANSFER

9575 06.08.2023 23:44 İdman A A

"Sabah"ın düşərgəsində baş verən şok ayrılıq barədə xəbər vermişdik.

Belə ki, komandanın liderlərindən biri olan Coy Lens Mikels buradan ayrılıb. Səudiyyə Ərəbistanından yaxşı təklif alan almaniyalı legioner klubunu dəyişməyə qərar verib.

Keçidlə bağlı yeni məlumatlar əldə etmişik. Bu transferdən təkcə vinger yox, həm də Azərbaycan klubu bir xeyli qazanc əldə edəcək.

Düzdür, baş məşqçi Murad Musayev bu keçidə qarşı olub. O, istedadlı yetirməsinin gedişinə razılaşmayıb. Amma rəhbərlik çalışdırıcının istəyini qarşılaya bilməyib. Belə ki, ön xətt oyunçusunun "tələbələr"lə 2024-cü ilin yayına kimi olan müqaviləsində bənd var ki, 300 min təzminat ödəyən klub futbolçunu heyətinə qata bilər. Ərəblərin də dadına məhz bu bənd çatıb.

29 yaşlı hücumçu 2021-ci ildən "Sabah"ın şərəfini qoruyurdu. O, arxada qalan müddətdə meydana çıxdığı 68 oyunda 32 qol, 19 asistlə yadda qalıb. (sportinfo.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR