İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərəb şirkəti Avropadan 144 təyyarə alır

830 20.05.2024 22:52 Dünya A A

Səudiyyə Ərəbistanının milli aviaşirkəti “Saudia” və aşağı büdcəli flydeal aviaşirkətinin sahibi olan “Saudia Group” Avropanın “Airbus” korporasiyasından 105 təyyarə sifariş edib.

Musavat.com xəbər verir ki, bu barədə “Airbus” korporasiyasının mətbuat xidməti məlumat yayıb.

Sifariş 12 A320neo və 93 A321neo təyyarəsindən ibarətdir.

Əvvəlki sifarişləri də nəzərə aldıqda, “Airbus”un Səudiyyə qrupuna ümumilikdə 144 A320neo təyyarəsi çatdıracağı məlum olur. Maraqlıdır ki, alqı-satqıya dair Ər-Riyadda keçirilən aviasiya forumunda elan edilən məlumatda müqavilənin dəyəri açıqlanmır.

Gözlənilir ki, “Airbus” təyyarələrinin alınması Səudiyyə Ərəbistanının turizmin inkişaf planında mühüm rol oynayacaq. Ölkə 2030-cu ilə qədər hər il 150 milyondan çox turist axını təmin etməyi hədəfləyir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR