İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərəb pulları süni intellekt bazarına axmağa başlayır

766 16.03.2024 18:00 Dünya A A

Əbu-Dabinin MGX dövlət investisiya fondu ChatGPT-nin yaradıcısı Amerikanın OpenAI şirkətinin yarımkeçiricilər sənayesində layihəsini maliyyələşdirmək üçün danışıqlar aparır.

Musavat.com xəbər verir ki, “Financial Times”in mənbələrə istinadən yazdığına görə, Fond bu həftə fəaliyyətə başlayıb və diqqəti süni intellektə (AI) yönəldir.

Qəzet qeyd edir ki, BƏƏ-də dövlət vəsaitləri, böyük enerji resursları və hakimiyyətin siyasi dəstəyi hesabına ölkənin qlobal süni intellekt mərkəzinə çevriləcəyinə ümid edirlər.

Qəzetə məsələ ilə bağlı məlumatı olan mənbə deyib: "Onlar Əbu-Dabini süni intellekt strategiyasının mərkəzinə çevirəcək bir struktur yaratmaq istəyirlər".

Nəşr qeyd edir ki, bu ay OpenAI Sinqapurun Temasek hökumət fondu ilə də maliyyələşdirməni müzakirə edib.

OpenAI-nin baş direktoru Sem Altman şirkətin qabaqcıl Nvidia çiplərindən asılılığını azaltmaq üçün yarımkeçirici biznesinə başlamaq istəyir. Müxtəlif hesablamalara görə, süni intellekt infrastrukturunun yaradılması yaxın illərdə yüz milyardlarla dollardan 7 trilyon dollara qədər vəsait tələb edə bilər.

FT yazır ki, OpenAI hökumət qurumlarına müraciət edir, çünki belə məbləğlər ənənəvi vençur fondları üçün əlçatmazdır.

BƏƏ-nin süni intellekt naziri Ömər Sultan Əl Olama qəzetə bildirib ki, keçən il AI startapı X.Ai-ni istifadəyə verən milyarder İlon Mask da dövlətlə əməkdaşlıqda maraqlıdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR