İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğanla görüşən baş nazirin başına gələnlər – ingilislər Həmzə Yusufu “didirlər”

1212 10.01.2024 16:16 Dünya A A

Ötən ay Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən iqlim sammitində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla Şotlandiyanın baş naziri Həmzə Yusuf arasında baş tutan görüş böhran yaratmaqda davam edir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o zaman İngiltərədə səs-küyə səbəb olan görüşdə H.Yusufun İngiltərə səlahiyyətlilərinə xəbər vermədən Ərdoğanla görüş keçirməsi böyük reaksiya doğurmuş, İngiltərənin xarici işlər naziri Devid Kemeron Yusufun Britaniya rəsmilərinin iştirakı olmadan prezident Ərdoğanla görüşməsini tənqid etmiş, Böyük Britaniyanın tərkib hissəsi olan Şotlandiyadan XİN-in dəstəyini geri götürməklə hədələmişdi.

Baş nazir Yusuf da bu sözlərə cavab verərək, Kemeronun bəyanatının "kobud və açıq-aşkar yanlış" olduğunu və Ərdoğanla görüş vaxtının son anda Türkiyə nümayəndə heyəti tərəfindən yeniləndiyini bildirmişdi.

Lakin Şotlandiya mediası böhranın yeni təfərrüatlarını paylaşıb. Şotlandiyanın populyar qəzetlərindən biri olan “Herald” görüşün "yalnız bir neçə dəqiqəlik xəbərdarlıqdan sonra" təşkil edildiyi barədə bəyanatı təkzib edib.

Şotlandiyada yayımlanan e-poçtlar və WhatsApp mesajları göstərir ki, COP28-də türk heyəti ilə görüş xahişi Yusufdan gəlib, baş nazirin köməkçiləri isə noyabrın 30-da Türkiyənin Edinburqdakı baş konsulluğu ilə görüş istəyib.

Saat 18:50-də məmurlardan biri həmkarlarına ertəsi gün Türkiyə hökumətindən kiminləsə “tez görüşmək şansı" olduğunu, lakin o vaxt onun kim olduğunu bilmədiklərini deyib. İclas baş nazirin cədvəlinə “günorta saat 3-də” kimi əlavə edilib.

Digər tərəfdən, mənbələr Şotlandiya hökumətinin İngiltərə Xarici İşlər Nazirliyinə görüşlə bağlı məlumat verdiyini bildirib. Sənədlərdə o da görünür ki, görüşün vaxtı 1,5 saat əvvəldən müəyyənləşib. Dərc edilən yazışmalar Şotlandiya rəsmilərinin Britaniyalı həmkarlarını xəbərdar etmək üçün təxminən 1,5 saat vaxtının olduğunu ortaya çıxarıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR