İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan və Mitsotakisin görüşündə DİQQƏTÇƏKƏN DETAL: Yemək süfrəsində...

1154 08.12.2023 13:05 Dünya A A

Xəbər verdiyimiz kimi, dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan son 6 ildə ilk dəfə Yunanıstana səfər edib.

Musavat.com xəbər verir ki, Yunan Radio Televiziyası (ERT) Ərdoğan və Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisin görüşünün təfərrüatlarından yazıb.

ERT dövlət rəhbərləri arasında baş tutan iş yeməyinin menyularında diqqətçəkən bir detal olduğunu bildirib.

Nəşr qeyd edib ki, menyuda Türkiyə və Yunanıstanın ortaq dadlarını əks etdirən təamlar yer alıb:

"Seçilmiş yeməklər qonşu ölkə ilə (Türkiyə -  red.) ortaq dadlarımızı əks etdirirdi. Ənənəvi süfrədə üzüm yarpağı dolması, tarama, Afina yeməkləri, desert üçün salat və halva var idi".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR