İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan öz varisi haqqında düşünməlidir... - Politoloq 2 şəxsin ADINI AÇIQLADI

1744 01.04.2024 17:30 Siyasət A A

“Türkiyədə keçirilən bələdiyyə seçkiləri ilə bağlı müzakirələr davam edir. Hələ uzun müddət nəticələr haqda fikirlər yürüdüləcək. Çünki Türkiyədə bələdiyyə institutu ciddi bir fəaliyyətlə məşğuldur. Kənd təsərrüfatı, yeni iş yerləri, su hövzələri, suvarma sistemləri, eləcə də vergi yığımları, əmlak vergiləri ilə məşğul olan bələdiyyə sisteminin səlahiyyətləri genişdir. Dövlət idarəçilik iyerarxiyasında bələdiyyə sanballı bir yer tutur. Digər tərəfdən, mühüm bir amil bundan ibarətdir ki, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan İstanbul bələdiyyəsinin rəhbəri olub və karyera yüksəlişinə məhz bələdiyyə liderliyi postundan irəliləyib”.

Bu fikirləri Musavat.com-a politoloq İlyas Hüseynov bildirib.

ilyas.jpg (91 KB)

“Hətta bu gün də İstanbulda yaşlı insanlardan soruşsaq, hər kəs Ərdoğanın sayəsində İstanbulun inkişaf etdiyini və nailiyyətlərə imza atdığını söyləyə bilər. Burada əsas məsələ ondan ibarətdir ki, hazırkı seçkilərdə Ankara, İstanbul və İzmirin CHP-nin bələdiyyə namizədlərinin xeyrinə seçkilərin həll olunması Türkiyə üçün yeni bir dönəm formalaşdıra bilər. Onsuz da bundan öncə də Əkrəm İmamoğlu İstanbul bələdiyyəsinin sədri postunda davam edirdi. Sanki AKP-nin CHP namizədlərini məğlub etmək üçün namizədlərin gücü çatmadı. Ola bilsin ki, ölkədə prezident seçkilərindən sonra sosial-iqtisadi vəziyyəti nəzərə alaraq AKP-yə inam bir qədər zəifləyib. Ola bilsin, Ərdoğanın “Mən yenidən seçilməyəcəyəm və namizədliyimi irəli sürməyəcəyəm, mən gedirəm” mesajı ciddi rol oynadı. Ola bilsin ki, Kamal Kılıçdaroğlunun CHP liderliyindən kənara çəkilməsi CHP-nin uğurlarını şərtləndirdi. Bizim üçün qardaş Türkiyədə önəmli olan xalqın demokratik seçimidir”, - deyə politoloq əlavə edib.

İlyas Hüseynov qeyd edib ki, Ərdoğan bundan sonra Türkiyənin liderliyindən çəkiləcəksə, onun və partiyasının ideologiyasının uzun illər qalıcı olması üçün qısa zamanda öz varisi haqqında düşünməlidir:

“Hazırkı real şərtlər daxilində mən bunu iki şəxs qismində görürəm. Onlardan biri keçmiş xüsusi xidmət orqanları rəhbəri və hazırda xarici işlər naziri postuna rəhbərlik edən Hakan Fidandır. O, bu postun öhdəsindən gələ bilər. Digər tərəfdən, Türkiyə müdafiə sənayesi sahəsində böyük uğurlara imza atan, həm də Ərdoğanın kürəkəni Səlcuk Bayraktar bu vəzifəni yerinə yetirə bilər. Çünki türk xalqı onunla fəxr edir, o, Türkiyə müdafiə sənayesində yeni səhifə açdı, “Bayraktar”, “Kaan” və digər nailiyyətlər onun adı ilə bağlıdır. Eləcə də, onun sayəsində Türkiyə texnoloji inkişaf yolunu seçib, elektrik avtomobili, Türkiyə kosmonavtının səmaları fəth etməsi və digər məsələlər deyir ki, Türkiyənin texnoloji və süni intellekt sarıdan çox yaxşı gələcəyi var. Məhz texnoloji inkişaf yolu ilə Türkiyə gələcəyə iri addımlarla qədəm qoyacaqsa, Səlcuk Bayraktar ölkəni yeni zirvələrə apara bilər”.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR