İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan onu öz çiyinlərində son mənzilə yola saldı - VİDEO

7871 03.02.2024 17:09 Dünya A A

Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur yazıçısı Alev Alatlı dünən vəfat edib. Son bir ildə orqan çatışmazlığından əziyyət çəkən A.Alatlı müalicə aldığı xəstəxanada bütün müdaxilələrə baxmayaraq, dünyasını dəyişib. Qeyd edək ki, İzmirdə anadan olan 80 yaşlı yazıçı ədəbiyyat sahəsindəki xidmətlərinə görə bir çox beynəlxalq və yerli mükafatlara layiq görülüb.

Musavat.com xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərhum yazıçı Alev Alatlı üçün Eyüp Sultan Məscidində təşkil edilən dəfn mərasimində iştirak edib.

Cənazə namazından sonra yazıçının cənazəsi Mihrişah Validə Sultan qəbiristanlığında torpağa tapşırılıb. Prezident Ərdoğan da tabutu çiyinlərində aparıb.

Musavat.com sözügedən görüntüləri təqdim edir: 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR