İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan nazir və deputatlarla basketbol oynadı - FOTO

649 21.07.2024 19:22 Dünya A A

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nazir, millət vəkilləri və digər məmurlarla basketbol oynayıb.

Məlumatı ölkə parlamentinin Sənaye, Ticarət, Enerji, Təbii Sərvətlər, İnformasiya və Texnologiyalar Komissiyasının sədri Mustafa Varank verib.

Bursa Millət vəkili Varank sosial media hesabında "Maç sonrası selfi" şərhi ilə müvafiq fotonu paylaşıb.

Matçda Prezident Ərdoğanla yanaşı Gənclər və İdman naziri Osman Aşkın Bak, Əmək və Sosial Müdafiə naziri Vedat İşıkhan, İzmir millət vəkilləri Mehmet Kasapoğlu və Alpay Özalan , Gənclər və İdman Nazirinin müavini Həmzə Yerlikaya, Türkiyə Basketbol Federasiyasının prezidentinin baş müşaviri Hidayet Türkoğlu da iştirak edib. (Oxu.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR