İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan ELAN ETDİ: Yeni dönəm başlayır

1656 08.12.2023 14:38 Dünya A A

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakislə dostluq münasibətləri və mehriban qonşuluq haqqında Afina Bəyannaməsini imzaladım. Beləliklə, biz ikitərəfli münasibətlərimizi ən yüksək səviyyədə inkişaf etdirmək iradəmizi qarşılıqlı şəkildə təsdiqlədik.

Musavat.com xəbər verir ki, bu sözləri 6 ildən sonra Yunanıstanın paytaxtı Afinaya rəsmi səfər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O vurğulayıb ki, iki ölkə öz problemlərini üçüncü tərəflərin müdaxiləsinə ehtiyac olmadan, sülh yolu ilə həll etmək üçün bilik, təcrübə və iradəyə malikdir:

"Hesab edirəm ki, bunu təmin etmək üçün yüksək səviyyəli dialoqumuzun davam etdirilməsi böyük əhəmiyyət kəsb edir. Dostum Mitsotakisi növbəti şura iclası üçün Ankaraya dəvət etdim. Səfərim zamanı Qərbi Trakya Türk Azlıqları Məsləhət Şurasının üzvlərini də qəbul etdim. Həmvətənlərimizlə söhbət etdim, problemlərini dinlədim. İnanıram ki, çox müsbət atmosferdə keçən səfərim Türkiyə-Yunanıstan münasibətlərində yeni səhifə açacaq. Ümid edirəm ki, görüşlərimiz və qəbul etdiyimiz qərarlar əməkdaşlığımızın gələcəyi üçün faydalı olacaq".

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR