İranın Ərdəbil şəhərində ticarətçilər hökumətin iqtisadi siyasətinə etiraz olaraq kütləvi tətilə başlayıblar.
Musavat.com xəbər verir ki, milli valyutanın dollar qarşısında kəskin dəyər itirməsi fonunda mağazalar və ticarət obyektləri bağlanıb, şəhərin bir çox bazar və küçələrində həyat faktiki olaraq dayanıb.
Yayılan görüntülərdə Ərdəbilin mərkəzi ticarət nöqtələrində dükanların qapalı olduğu açıq görünür. Yerli sakinlər qiymət artımı və rialın sürətlə ucuzlaşmasının gündəlik dolanışığa ciddi zərbə vurduğunu bildirir, narazılığın isə getdikcə genişləndiyini vurğulayırlar.
Musavat.com






