İnsanlara hürriyət, millətlərə istiqlal!

Engin və Dilanla bağlı vəkillərindən TƏƏCCÜBLÜ AÇIQLAMA - VİDEO

574 08.12.2023 15:25 Dünya A A

Çirkli pulların yuyulması və vergidən yayınma ittihamı ilə həbs edilən Engin və Dilan Polat cütlüyünün vəkili Hüseyn Kara təəccüblü açıqlama verib.

O bu barədə "Ankara Masası" yayımına danışıb.

Dilan Polatın həbsxanada çox dəyişdiyindən danışan Kara sözlərini belə davam etdirib:

"Dilan dedi ki, əlini ver, öpüm, yaxşı dedim. Əlimdən öpülməsini sevmirəm. Sonra birdən dedi ki, Enginin yanına gedəcəksənsə, əlini silmədən get, o əlini Engin də öpsün. Əlim iki nəfərin sevgisinə obyekt oldu. Enginin yanına getdim, o da əlimi öpdü.
Engin saqqalını qırxıb, saçını kəsib, namaz qılmağa başlayıb. Kitab oxuyur. Dilan Polat “İnşirah” surəsini ərəbcədən tərcümə edib, oxuyur. O, bir neçə surə bilir”.

Engin Polatın tək nəfərlik kamerada qaldığını və buna görə çox peşman olduğunu deyən Hüseyn Kara, “Engin deyir ki, “kaş tanınmasaydıq, kaş minimum əməkhaqqı alsaydıq, mən də ailəmlə, uşaqlarımla rahat gəzə bilsəydim"./BAKU.WS

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR