İnsanlara hürriyət, millətlərə istiqlal!

Ən qısqanc 4 bürc: Onlar sizi uçan quşdan da qısqanır

1586 08.10.2023 14:00 Astrologiya A A

Sevgi, ehtiras və məhəbbət dozasında olanda gözəldir, lakin qısqanclıq hissləri bəzən cütlüklər arasında sıxıntı yarada bilər. Bəzi insanlar azadlığını sevərkən, bəziləri qısqanc və əhatəlidir.

Lent.az xarici mediaya istinadən bildirir ki, “qısqanclığa dözə bilmirəm” deyənlərdənsinizsə, bu dörd bürcdən uzaq durun.

Şir

Şirlər, təbii olaraq, rəqabətlidirlər. Təbii ki, onlar bu rəqabət hisslərini sevgi həyatlarına da əks etdirirlər.

Partnyorlarını bəzən dostlarından belə qısqanan Şirlər, girdikləri mühitdə ən diqqətçəkən və müvəffəqiyyətli insan olmaq istəyir və ortağından bunu hiss etdirməsini gözləyirlər.

Şirlər partnyorlarının qarşı cinsin nümayəndələrini tərifləməsinə, hətta xoş niyyətlə belə tərifləməsinə dözə bilmir və dərhal qısqanclıq hissləri meydana çıxır.

Bu səbəbdən Dolça, Tərəzi və Oxatan kimi liberal və müstəqil bürclər Şir bürcü üçün uyğun deyil.

Buğa

Buğalar insanlara asanlıqla güvənmirlər, lakin güvəndikləri zaman o insanların hər zaman yanlarında olmasını istəyirlər.

Sahiblik xüsusiyyətləri ilə diqqət çəkən Buğa bürcü, münasibətlərdə də eynisini göstərir.
Bəzən dostlarının yeni dostluqlar qurmasına belə dözə bilməyən Buğalar, sevgililərinə qarşı bu münasibətini daha aydın göstərirlər.

Əqrəb

Təbiətcə dərin əlaqələr quran Əqrəblər ehtiras və şəhvəti təmsil edir, lakin sevgilərini nümayiş etdirməyi sevmirlər.

Əqrəblər də sevgiləri kimi qısqanclıqlarını öz içlərində yaşayırlar, buna görə də heç gözləmədiyiniz vaxtlarda qısqanclıq əlamətləri göstərə bilərlər.

Xərçəng

Xərçəng öz təbiətinə görə hər kəsi qorumalıdır. O sizə o qədər qayğı göstərir ki, bu qədər sevildiyinizə inana bilmirsiniz.

Lakin bunun müqabilində sevdiklərinin gözündə bir nömrə olmaq istəyir. Onu prioritet etməsəniz, o, çox qısqanc ola bilər. Ya öz qabığına çəkilir, ya da həyatınızdan yox olur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR