Dünyada sərvətin ölkələr üzrə bölgüsü ilə bağlı yayımlanan son hesabatlar milyarderlərin ən çox cəmləşdiyi ölkələri ortaya qoyub.
Musavat.com xəbər verir ki, siyahıda ABŞ və Çin açıq fərqlə liderlik edir.
Araşdırmalara görə, ən çox milyarderin yaşadığı 5 ölkə bunlardır:
Amerika Birləşmiş Ştatları – 23.831.000 milyoner ve 924 milyarder
Çin – 6.327.000 milyoner ve 470 milyarder
Fransa – 2.897.000 milyoner ve 46 milyarder
Yaponiya – 2.732.000 milyoner ve 41 milyarder
Almaniya – 2.675.000 milyoner ve 156 milyarder
Qeyd edək ki, müxtəlif hesabatlarda metodologiya fərqli olduğundan rəqəmlər dəyişə bilir. Məsələn, Hurun Global Rich List hesabatında ABŞ 870, Çin 823 və Hindistan 284 milyarderlə ilk üçlükdə göstərilib.
Türkiyə isə 31 milyarderlə dünyada ən çox milyarderin yaşadığı ölkələr sırasında 19-cu yerdə qərarlaşıb.
Musavat.com






