İnsanlara hürriyət, millətlərə istiqlal!

Eminin bu hərəkəti hər kəsi duyğulandırdı - VİDEO 

1190 04.08.2023 11:31 İdman A A

“Neftçi” UEFA Konfrans Liqasında III təsnifat mərhələsinə yüksəlib.

Bakı klubu II raundun cavab oyununda doğma arenasında Bosniya və Herseqovinanın "Jelezniçar" komandasını 2:0 hesabı ilə məğlub etməklə buna nail olub.

Matçdan sonra Bakı təmsilçisinin futbolçuları azarkeşlərlə qələbə sevincini qeyd ediblər. "Neftçi"nin kapitanı Emin Mahmudovun addımı isə hər kəsi duyğulandırıb.

Belə ki, Emin Mahmudov oyundan sonra formasını azarkeşlərdən birinə təqdim edib. Bu azarkeşin fiziki məhdudiyyətli yeniyetmə olması isə Mahmudova sevgini bir qədər də artırıb. "Neftçi"nin kapitanından formanı alan yeniyetmə buna görə çox sevinib.

Görüntüləri təqdim edirik:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR