İnsanlara hürriyət, millətlərə istiqlal!

Emin Mahmudov azarkeşlərdən üzr istədi: "Çox utanıram" - FOTO

655 28.05.2024 15:37 İdman A A

"Neftçi"nin kapitanı Emin Mahmudov uğursuz mövsümə görə azarkeşlərdən üzr istəyib.

O, "Instagram" səhifəsindəki paylaşımında bu barədə yazıb:

"Dəyərli "Neftçi" azarkeşləri! Neçə gündür ki, sizə yazmaq istəyirəm. Lakin indi özümdə güc və inam tapıb sizə yazıram. Bilirəm ki, bu dəqiqə çox üzgünsünüz. Gözləntilərinizi qarşılaya bilmədik. İstədiyimizi, istədiyinizi verə bilmədik. Bilməyinizi istəyirəm ki, nəinki son oyuna görə, ümumi mövsümə görə çox utanıram. Sizlər bu nəticəyə layiq deyilsiniz. "Neftçi" ailəsinin kapitanı olaraq sizə, bunları yaşatdığımıza görə üzr istəyirəm!"

Xatırladaq ki, "Neftçi" mövsümü 56 xalla 5-ci pillədə başa vurub. (fanat.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR