İnsanlara hürriyət, millətlərə istiqlal!

Əməkdar artistin ailəsində ağır itki

986 17.10.2022 18:03 Hadisə A A

Gənc Tamaşaçılar Teatrının aktrisası, Əməkdar artist Leyli Vəliyevanın atası vəfat edib.

Teleqraf.com-un xəbərinə görə, bu barədə Leyli Vəliyevanın həyat yoldaşı, aktyor Nofəl Vəliyev məlumat verib.

“Bu gün qaynatam dünyasını dəyişdi. Çox maraqlı və ötkəm xasiyyətli, sərt, həm də çox demokratik bir insan idi. Necə deyərlər "köhnə kişilər"dən idi. Beş övlad tərbiyə etmişdi. Usta işləmişdi, amma balalarının beşinə də ali təhsil vermişdi. Hətta qaynanamla evlənəndə 18 yaşı varmış. Evlənəndən təxminən 10 il sonra onu da oxudub. Qızlarından biri mənim həyat yoldaşımdı. Ailəmizdə hər kəs həmişə ondan razı olub, aldığı mükəmməl tərbiyəyə görə.

Mən də həmişə demişəm ki, Allah valideynlərindən razı olsun”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR