İnsanlara hürriyət, millətlərə istiqlal!

Əməkdar artistdən 450 manatlıq paltarla bağlı açıqlama: "Ona görə geyindim ki..."

5072 24.02.2024 20:17 Şou-biznes A A

"Ad günümdə həmin paltarı geyindim ki, Kübra xanımın ürəyi şad olsun".

Musavat.com xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Firuzə İbadova Əməkdar artist Kübra Əliyevanın ona hədiyyə etdiyi 450 manatlıq paltardan danışarkən deyib.

Müğənni bu günə kimi həmin paltarı geyinmədiyini bildirib:

"Əzizləyib qorumuşam. Bunun səbəbi paltarın Şövkət xanımın adı ilə bağlı olmasıdır. Onu Kübra xanım mənə hədiyyə etdi. Göz bəbəyim kimi qoruyuram. Kübra xanıma çox sağ ol deyirəm ki, mənə belə gözəl hədiyyə edib".

Qeyd edək ki, Əməkdar artist Kübra Əliyeva Əməkdar artist Firuzə İbadovaya illər öncə paltar hədiyyə edib. Paltarın qiyməti 450 manatdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR