İnsanlara hürriyət, millətlərə istiqlal!

Əməkdar artist HƏDƏLƏDİ: “Sən özünü nə sayırsan?”

5733 22.02.2024 18:20 Şou-biznes A A

"Hər kəsin özünə görə adı, soyadı var, sənəti var, yeri var, oturduğu masa var, səviyyəsi var. Bir də görürsən ki, çıxıb deyir, "mən filankəslə gəlmirəm". Gəlmirsən, gəlmə. Dünya dağılacaq? Sən gəlməyəcəksən, başqası gələcək".

Musavat.com bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov "Xəbər ətər" verilişində deyib.

O, verilişlərə çıxmaq üçün şərt qoyan ifaçıları hədəfə alıb:

"Sən özünü nə sayırsan? Dünya səviyyəli sayırsan özünü? Ümumiyyətlə "dünya səviyyəli oxuyan" anlayış yoxdur. Bizim də Almaniyada, Amerikada konsertlərimiz olub. Sən de görüm Çində tanınırsan? Malayziyada tanınırsan? Yaponiyada tanınırsan? O sözü demək olmaz. O sözü demək üçün sənin sənətin, verdiyin konsertlər göz önündə olmalıdır".

"Yetənə "böyük sənətkar" deyirlər. Sən mənə "böyük sənətkar"ın tərifini de görüm. Çatan çatana "böyük sənətkar"deyir. Aə, filankəs üç dənə notu tanımır. Haradan sənətkar oldu? Lap bilsə belə, hanı onun sənəti? Azərbaycan musiqisinin tarixindən xəbəri var?", - deyə Cavanşir Məmmədov əlavə edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR