İnsanlara hürriyət, millətlərə istiqlal!

Elşad Mirbəşir: “Bu, region üçün təhlükəlidir”

502 17.02.2023 14:19 Siyasət A A

Deputat Elşad Mirbəşir Milli Məclisin iclasında Avropa İttifaqının mülkü missiyasının Ermənistana göndərilməsindən bəhs etdi.

O bildirdi ki, bu addım regional təhlükəsizlik imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır: “Avropa İttifaqının Ermənistana növbəti, uzunmüddətli missiya göndərməsi narahatlıq doğurur. Sanki, otuz münaqişənin tənzimlənməsilə deyil, idarə olunması ilə məşğul olmuş ATƏT-in Minsk Qrupu Avropa İttifaqının mülki missiyasına transfer edilib. Elə mandatları arasında oxşarlıq da bunu deməyə əsas verir. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin eyni platformada fəaliyyət göstərmələri və beləliklə, ATƏT-in MQ-ni aktual saxlamaq qeyri-mümkün oldu”.

E.Mirbəşir qeyd etdi ki, belə olan halda başqa bir platforma üzərindən yenə də əvvəlki missiyanın davam etdirilməsinə cəhd edilməkdədir: “Yəni Aİ-nin mülkü missiyası da heç bir halda regiona sülh və təhlükəsizlik vəd etmir. Tam əksinə mülkü missiyanın Ermənistana göndərilməsi regional təhlükəsizlik imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Ümumiyyətlə, bu mülkü missiyanın legitim xarakter daşımadığını hesab edirəm. Çünki, iki subyekt arasında hansısa münasibətlərin tənzimlənməsi və ya normallaşdırılması istiqamətində başqa bir subyektin fəaliyyəti həyata keçirilirsə, bu, mütləq hər tərəflə razılaşdırılmalıdır. İndiki halda isə, Aİ Azərbaycanın rəyini soruşmadan Ermənistana mülkü missiyanın göndərilməsi haqqında qərar qəbul edib. Ayrıca olaraq, narahatlıq yaradan məqam həm də ondan ibarətdir ki, mülkü missiyanın tərkibində Fransa və Almaniyanın güc strukturlarının təmsilçiləri də var. Bütün bunlar onu göstərir ki, göndərilən missiya heç də mülkü deyil. Ayrıca olaraq da, Avropa hansısa dövlətlə(Rusiya) geosiyasi münasibətlərinə Cənubi Qafqaz regionunda aydınlıq gətirmək istəyir. Bu da region üçün təhlükəlidir”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR