İnsanlara hürriyət, millətlərə istiqlal!

Elon Maskdan ŞOK AÇIQLAMA: "Telefonlar ləğv olunacaq, onların yerinə beynimizə..."

1618 17.06.2024 12:37 Dünya A A

Musavat.com xəbər verir ki, milyarder Elon Mask özünün "X" sosial şəbəkəsində heyrət yaradacaq açıqlama ilə çıxış edib. Ümumiyyətlə onun hər açıqlaması, hər çıxışı hadisə xarakterindədir. Elon Mask bir açıqlama ilə birjaları dalğalandırır, nəhəng şirkətlərin səhmlərini düşürür, ya da qaldırır, qlobal ekonomik gəlişmələrə yön verir.

Milyarder bu dəfə nə açıqlayıb?

Sadə cümlələrlə ifadə etsək, belə deyib ki, insanlar gələcəkdə telefonlardan istifadəni dayandıracaq. Çox gözəl!

Amma əsas məsələ bu deyil! Əsas məsələ həyatımızın mühüm amilinə, az qala mahiyyətinə çevrilən telefonları nəyin əvəz etməsindədir!

elon-musk-akilli-telefon-uretebilir-1.jpg (46 KB)

Elon  Mask birbaşa söyləyib və sitatın tərcüməsi belədir:  "İnsanlar gələcəkdə telefonlardan istifadəni dayandıracaq, onları "Neuralink" beyin implantları əvəz edəcək".

Bax, belə! Yaxın gələcəkdə hər kəsin beyninə "Neuralink" adlanan "çip" yerləşdiriləcək və biz daha bir -birimizlə danışmaq üçün əlimizdə cihaz daşımayacağıq. Beynimizin içindəki implant vasitəsi ilə internetə girəcək, oradakı gəzişmələri gözümüzün önündəymiş kimi seyr edəcək, düşüncəmizlə implanta hökm edib, yaxınlarımızla kontakta girəcəyik.

Amma burada bir mübahisəli məsələ var və bu, yaxın gələcəyin əsas sualıdır: bizmi beynimizə könüllü yerləşdirdiyimiz implant "Neuralink"ə hökm edəcəyik, yoxsa, "Neuralink" vasitəsi ilə bütün insanlığamı hökm olunacaq?

Musavat.com arayış üçün bildirir ki, "Neuralink" Corporation, implantasiya edilə bilən beyin-maşın interfeyslərini inkişaf etdirmək üçün 2016-cı ildə Elon Mask və səkkiz neyroloq tərəfindən San Fransiskoda əsası qoyulmuş Amerika neyrotexnologiya şirkətidir. Bu şirkətin yaranma fəlsəfəsi ümidsiz xəstə insanlara beyin çipləri yerləşdirməklə, onlara yardım etmək, həyata qaytarmaqdır. İflic, şikəst, beyin xəstəlikləri və bir çox əlacsız xəstələr beyinə yerləşdirilən və xüsusi siqnallara açıq olan implantlar vasitəsi ilə müalicə sınaqlarına alınır.

Bu ilin yanvar ayında Mask İLK İNSANın "Neuralink" şirkətindən implant aldığını və özünü yaxşı hiss etdiyini bildirmişdi. Sonra iş adamı qeyd etdi ki, qurğunun işləməsi ilə bağlı ilk məlumatlar ümidverici nəticələr göstərir.

Lakin may ayında işlər tərs getdi və tarixdə ilk beyin implantının uğursuz olduğu məlumatları yayıldı.

2024_02_20_15_08_35_102f.png (395 KB)

"Neuralink" şirkəti ikinci xəstəyə beyin implantı implantasiyası üçün ABŞ səlahiyyətlilərindən icazə alıb və eksperimentdə iştirak etmək istəyənlərin müraciətlərini qəbul etdiyini açıqlayıb. Klinik sınaqlara dəvət etdikləri insanlara Mask açıq deyir ki, implant sizə düşüncələrinizin gücü ilə telefonunuzu və kompüterinizi idarə etməyə imkan verir.

Milyarderi əsas maraqlandıran da prosesin bu istiqamətidir. Elon Mask düz 8 ildir insanlığın beyninə yerikləyir və artıq nəticələr əldə etməkdədir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR