İnsanlara hürriyət, millətlərə istiqlal!

Elnarə Xəlilova İlhamə Qasımova ilə gənc müğənniyə klip çəkdi - VİDEO

906 12.09.2023 01:56 Şou-biznes A A

Tanınmış müğənni Elnarə Xəlilovanın rəhbərlik etdiyi “El Yaradıcılıq Mərkəzi” növbəti layihəsini təqdim edib.

Musavat.com bildirir ki, mərkəzin tələbəsi Firuzə Məmmədova tanınmış müğənni İlhamə Qasımova ilə bir araya gələrək illər öncə hitə çevrilmiş “Taleyim, gəl” mahnısını ifa edib. Duetə müğənni Elnarə Xəlilovanın ideyası əsasında ekran həyatı verilib.

Qeyd edək ki, bu müğənni Elnarə Xəlilovanın yaradıcılıq mərkəzinin tələbəsi üçün çəkdiyi ilk klip deyil. Sənətçi bundan öncə də bir neçə tələbəsinə klip ekranlaşdırıb. Həmin kliplər sosial şəbəkələrdə paylaşılıb və izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

“Bu kimi layihələri ərsəyə gətirməkdə əsas məqsəd müasir estradanın, incəsənətin və mədəniyyətin əslində necə olmalı olduğunu gənclərə göstərə bilməkdir” deyə Elnarə Xəlilova bildirib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR