İnsanlara hürriyət, millətlərə istiqlal!

Elmar Məmmədyarov: "Oğluma şərh yazan qadını tapdım və onun..." - FOTO

14548 14.05.2024 10:25 Ölkə A A

Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov oğullarının ABŞ-də keçirilən toyu barədə sosial şəbəkələrdə yazılan neqativ şərhlərlə bağlı açıqlama verib. 

Musavat.com Unikal-a istinadən xəbər verir ki, keçmiş XİN rəhbəri İTV-yə müsahibəsində həmin şərhlərin onu narahat etmədiyini qeyd edib: 

"Prinsip etibarilə narahat edən yox, təəccübləndirən bir şərh oldu. Bu, bir qadının cavanlar haqqında Azərbaycan dilində, amma Azərbaycan millətinə xas olmayan bir tərzdə yazdığı şərh idi: "Allah xoşbəxt etməsin". Bu qadının nə üçün belə yazdığını öyrənmək istəyirdim. Adətən, ailə quran gəncləri görəndə xoşbəxtlik arzulayırlar, xeyir-dua verir, sağlamlıq və s. diləyirlər. Mənə çox maraqlı idi ki, nə üçün bir qadın belə sözlər yazsın. Qadının belə sözlər yazması, əslində, ağlasığmazdır. Sonda onun kim olduğunu administrativ resurslar vasitəsilə müəyyənləşdirdim. Ondan soruşanda ki, nə üçün siz yeni ailə quran gənclərə belə münasibət bəsləyirsiniz? O çox sadə bir cavab verdi: "Mən paxıllıq edirəm". Bu cavab mənim üçün bütün heyterlərin şərhlərinə və sosial şəbəkələrdə nümayiş etdirilən qərəzli münasibətlərə bir növ cavab oldu. Bu qadının sayəsində mən "nə üçün"lə başlayan bir çox suallara cavab tapdım". 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR