İnsanlara hürriyət, millətlərə istiqlal!

Əlindən gələni beş qaba çək(ən)…

1088 24.03.2023 09:37 Yazarlar A A

44 il öncə (01.04.1979) vİran anti-İslam psevdo-Respublikası “mahiyyət”li bir dövlət elan olundu. Asiya günbatarında yerləşən bu dövlətin əsl adı Fars-Molla Rejimidir, - desək yanlış olmaz. vİran quzey-batıdan müstəqil Azərbaycan Respublikası və hələlik Ermənistan Respublikası adlanan dövlətlə, quzeydən (rejimyanlıları “Mazandaran gölü” demyə həvəsli olduqları) Xəzər dənizi ilə,

quzey-doğuda Türkmənistan, gündoğardan Əfqanıstan və Pakistan, güneydən Fars körfəzi (əsl adı Kəngərli körfəzi) və Oman körfəzi, günbatardan Türkiyə və İraqla əhatə olunub. vİranın önəmli coğrafi mövqedə, həmçinin Hörmüz boğazına yaxın yerləşməsi ona geostrateji önəm qazandırıb. Sınır qonşularının hər biri ilə az-çox problemlər yaşayıb və ya yaşamaqdadır. Onların yalnız qonşu dövlətlərlə deyil, coğrafi terminlərlə, milli-mədəni, mənəvi irslə, ən adi insan hüquqları ilə - çox fərqli kateqoriyalarla problemi var. Qurulunca mayası qıjqırmışmış hər halda. Paytaxtı və ən böyük şəhəri olan - Azərbaycanlıların qurduğu (və çoxluq təşkil etdiyi) Tehran, əhalisinin ümumi sayı 86 milyon nəfər civarındadır.

Rəsmi Tehranın verdiyi bilgilərə görə guya farslar - 61%, Azərbaycanlılar - 16%-dır. – Bu, Fars-Molla rejiminin statistikasından götürülmüş “bilgi”dir. Bu statistikanın “simmetriya”sı da qondarmaçılıqdan xəbər verirmiş kimi gəldi mənə: farslar - 61%, Azərbaycanlılar - 16%, eləmi? Ay sizi Mazandaran eşşəyi təpikləsin, görüm… Kimi aldadırsız - öz dediyinizə özünüzsə inanırsızmı barı?

XV yüzillikdə Səfəvilər dövlətinin yüksəlişə ilə vahid mərkəzdən idarə olunan dövlətin yaradılması, Nadir Şahın hakimiyyəti illərində dönəmin ən güclü dövlətlərindən biri hesab olunması - indiki Fars-Molla Rejiminin hökmündə olan ərazilərdən çox daha böyük ərazilərdə bir dövlətin varlığı, o vaxtlar soydaşlarımızın ali hakimiyyəti ilə şərtlənirdi. Fars-Molla Rejimi tarixi irsi də normal qoruya, tətbiq, təbliğ və tərənnüm edə bilmir, etmir – necə deyərlər, əlinə-üzünə bulaşdırır. Onlar tarixi-mədəni irsdə yalnız fars xətti, fars “dərinliy”i axtarır. Ona görə də vİran olasıdır.

Nəhayət, 1905-1911-ci illəri çevrələyən Məşrutə Devrimi ölkənin konstitusiyalı monarxiyaya çevrilməsi ilə sonuclandı. 1953-cü ildə Böyük Britaniya və ABŞ-ın təhriki ilə baş tutmuş devrim, ölkədə Batıya qarşı razısızlıq və rahatsızlığın kəskin artması ilə sonuclandı. Xarici təsirə, siyasi repressiyalara qarşı narazılıqlar 1979-cu ilin 11 fevralında çevrilişin başlanmasına səbəb oldu və sonucda, ölkənin “İslam Respublikası”na çevrildiyi duyuruldu. - Xomeyni Parisdən Tehrana ezam olunmuş və olanlar olmuşdu bir kərə... Bununla da, “Ali lider”in başçılıq etdiyi teokratik hökumətin əsası qoyuldu.

XX yüzilliyin 80-ci illəri içində təxminən 8 il davam edən anlamsız İraq-İran savaşı hər iki tərəf üçün ciddi itkilərin baş verməsi ilə və faktiki olaraq, anlamsızlıqla da sonuclandı. Sonralar belə bir məlumat yayıldı ki, bir-birinin o üzü-bu üzü olan Tehran və Bağdad rejimləri işi elə qurmuşmuş ki, hər iki tərəfdən bizim soydaşlarımızın daha çox həlak olması “təmin edilsin”… Bu öz yerində; vİran 44 illik mövcudluğu dönəmində bir alababat uğura imza ata, hərbi uğur qazana bilməyib. – Müharibədi – qalib gəlməyib; texnologiyadı – gerilərdədir, başqalarından asılıdır; milli valyutası bekara bir şeydir, siyasəti beynəlxalq birlik tərəfindən rəğbət görmür, qonşuları ilə sağlam bağlar qura bilməyib, ədalət – ölkədən qaçaq düşüb, azərbaycanlıların hüquqları qulaqardına vurulur, bölgənin qan çanağı Ermənistan İran tərəfindən qeyri-səmimi şəkildə ərkələnir və s…

vİranın dartışmalı “nüvə proqramı” 2000-ci illərdən bəri rahatsızlıqların artmasına səbəb olub və uluslararası sanksiyaların tətbiqinə gətirib çıxarıb. 14.07.2015-ci ildə “Altılıq ölkələri” ilə İran arasında hərtərəfli fəaliyyət proqramı əsasında əldə olunan razılaşmaya əsasən, sanksiyaların yumşaldılması qarşılığında vİran hökuməti zənginləşdirilmiş uran istehsalını azaltmalı idi. Azaltmadı. Azaltsın, azaltmasın – indi mənim mövzum bu deyil. Mövzu əslində odur ki, bu, Fars-Molla Rejimi 44 illik hakimiyyəti ərzində bəlkə də ən çox rahatsızlığını bizim 44 günlük müharibədə Zəfər qazanmağımızla keçirdi. Niyə? Müstəqil Azərbaycan, Dünyəvi Azərbaycan, Güclü Azərbaycan və də Qalib Azərbaycan vİranın işinə gəlmir, əfəndim. Qətiyyən gəlmir! Gah siyasi-diplomatik hədə, gah əsgəri tətbiqat, gah Arazkeçmə təlimləri, arada rejim göyərçinlərini bu taya uçurtmaq cəhdi, sonra irəli-geri hərəkətlərdən bir şey çıxmadığını görüb, Azərbaycan Səfirliyinə terror aktı təşkil etmək və s. və i… vİran düzəlmir ki, düzəlmir, baba! Bizə acıq gəlsin deyə, Qafanda konsuluq təsis etmək, Zəngəzur dəhlizi əleyhində açıqlamalarda bulunmaq, özlərinin mərətə qalmış “qırmızı çizgiləri”ni duyurmaq, andır dronlarını qorxu makinası olaraq tərif etmək və başqa hoqqalar vİranın dübarə tələskənliyini, konkret viran olma yolu tutduğunu göstərməkdədir. vİran yetkililəri yeni Dünya düzəni haqqında nə duyub, nə eşidib, əcaba? Əcaba, yeni Dünya düzənində vİran harada və “nə qədər” olacaq?

Terror təşkilatları listəsində ən ön sıralardan birini haqq edən SEPAH-ın Araz qıyısı üzərindən respublikamızın ərazisinə uçurduğu dronlarlarla nümayiş etdirdiyi hoqqa, vİran hərbi hava qüvvələrinin “Əliyev və himayədarlarına aydın ismarıcımız: Bir gün gələcəyik”… kimi açıqmətnli təhdidləri Tehran rejiminin gərginliyini göstərir. Qısa bir xatırlatma edək: Vaxtı ilə Ermənistan hərbi-siyasi rəhbərliyi də bənzəri ismarıclar verirdi - tanklarımız Bakıyadək gedər və s. O tanklar Bakıya gəldi - Hərbi Qənimətlər Parkına. Qoy bu da bizim rejimə ismarcımız olsun: Gözüçıxan “qardaşınız” Ermənistandan örnək götürün! Heç çaşmayın.

Son günlər yenidən fəallaşan Fars-Molla Rejimi, əlbəttə, cavabını alır. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandanın Türk Dövlətləri Təşkilatının Ankarada keçirilmiş Fövqəladə Zirvəsində çıxışı, bundan az sonra Tərtərin Talış kəndindəki açıqlaması və hər iki halda rəsmi Tehranın haqq etdiyi sözləri eşitməsi, necə deyərlər, bir siyasi-dplomatik qanunanuyğunluqdur. Hər işin öz uhulət-suhləti vardır, əlbət. Əlbət, haqsız bəyanlarda bulunan Fars-Molla Rejimi mənsubları cavab alacaqlarını da hesablamaq zorundadır.

Biz başa düşürük, rəsmi Tehran dünyanın ən böyük təbii qaz ehtiyatlarına və təsdiqlənmiş dördüncü ən böyük neft ehtiyatlarına sahibdir. Ancaq bu boyda imkanlar və elə gözəl strateji konuma baxmayaraq, vİran beynəlxalq enerji təhlükəsizliyinin, dünya iqtisadiyyatının harasında qərar tutub? Rejim öz əhalisinin, özəlliklə bizim soydaşların gün-güzaranını niyə düzəldə bilmir yaxud düzəltmir?

vİran Gürcüsanda, Rusiya Federasiyası ərazisində azərbaycanlıları öz bekara xurafat makinasının təsiri altına salmaqçün yüklü para xərcləyib, xərcləyir də. Lakin daha artıq dərəcədə və üç on illik boyunca Azərbaycan Respublikası ərazisində “əlindən gələni beş qaba çəkmişdi”. Bizim Dövlət Baba bir ucdan üzə çıxarır, ifşa edir, anrı edir-bəri edir, lakin zalımuşağı balalyır elə bir – yenə daha kimlərsə varmış… Dövlətin səbri genişdir ancaq sonsuz deyil! Məncə, adı vİran da olsa, Tehran Rejimi də olsa, oralarda (da) kimlərsə, nəhayət bu sadə həqiqəti idrak etməli, yıxılmağa yer gəzməməlidir. Məğlub Ermənistan, Ermənistanın böyük bacısı Fransa (Fransanın kiçik bacısının “forpost” statusunu güzəştə həvəsli olmayan Kreml)… üzərindən dolaylı siyasət – keçməyəcək; müqəddəs dəyərlər, dini adlar üzərindən “irəliləmək” – keçməyəcək; respublikamızın ərazisində sabitliyi pozmaqçün fərqli çabalar – keçməyəcək… Ancaq Tehran Rejiminin vurnuxmaları əzəl-axır keçəcək və yerinə daha güclü Azərbaycan gələcək!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR