İnsanlara hürriyət, millətlərə istiqlal!

Eldəniz Əzizli “Zaqreb Open”ə niyə qatılmayıb? 

734 08.01.2024 21:48 İdman A A

Yunan-Roma güləşi üzrə üçqat dünya və ikiqat Avropa çempionu Eldəniz Əzizlinin Xorvatiyada keçiriləcək “Zaqreb Open”də iştirak etməməsinin səbəbi bəlli olub.

Bu barədə Musavat.com-a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

“Bu, idmançının məşqçilər korpusu ilə ortaq qərarıdır. Eldəniz komanda ilə Zaqrebə yollanır. Yarışdan sonra sözügedən şəhərdə yığmamızın təlim-məşq toplanışı gerçəkləşəcək. Eldəniz də orada olacaq”, - deyə qurumdan bildirilib.

Qeyd edək ki, yanvarın 10-14-ü aralığında keçiriləcək “Zaqreb Open” turniri reytinq xarakterlidir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR