İnsanlara hürriyət, millətlərə istiqlal!

Elçinlə Aydan boşandı

2141 17.02.2024 08:22 Şou-biznes A A

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili və Xalq şairi Sabir Rüstəmxanlının qızı boşanıb.

Millət vəkilinin qızı Aydan Cəfərova-Rüstəmxanlı müğənni Elçin Cəfərovla aralarında olan rəsmi nikahın pozulması məqsədilə Yasamal rayon Məhkəməsinə müraciət edib. Hakim Ayaz Məmmədovun sədrliyi ilə keçirilən bir neçə məhkəmə prosesindən sonra fevralın 14-də qərar qəbul edilib.

Məhkəmənin qərarı ilə Aydan Cəfərova-Rüstəmxanlı ilə Elçin Cəfərov arasındakı rəsmi nikah ləğv edilib.

Xatırladaq ki, Elçin və Aydan cütlüyü 2016-cı ilin aprelində ailə qurub. Onların birgə nikahdan bir oğlan övladları var. (Metbuat.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR