İnsanlara hürriyət, millətlərə istiqlal!

Elçin Sadıqov Əvəz Zeynallıya cavab yazdı, Məlahət Zeynallı onu ittiham etdi

2101 28.03.2023 11:58 Son xəbər A A

Jurnalist Əvəz Zeynallının məhkəməsi ətrafında sular durulmur, daha da bulanır. Dünən məhkəmədə ifadə verən jurnalist vəkil Elçin Sadıqovu hədəf göstərərək, birgə saxlandıqları halda, onun nədən azadlıqda olduğunu sorğulayıb, vəkilin onunla eyni yerdə oturmasının vacib olduğunu deyib.

Bu gün isə vəkil Elçin Sadıqov sosial şəbəkədə status yazaraq bildirib ki, o, uzun müddət səbrlə  Əvəz Zeynallının nə deyəcəyini gözləyib.

Daha sonra E.Sadıqov yazıb: "Əvəz Zeynallıdan R.Məmmədov və onun ailə üzləri barəsində yazmamağı xahiş edəndə Əvəz məndən nə qədər pul qazandığımı, dolanışığımın necə olduğunu soruşdu. Allaha şükr etdim və bunun məsələyə nə aidiyyətinin olduğunu soruşdum. O isə bildirdi ki, sən dolanırsan, mən də dolanmaq istəyirəm".

Jurnalistin bu mövqeyini R.Məmmədovun ailəsinə çatdırdığını qeyd edən vəkil yazır: "O gündən sonra Əvəz dayanmadı hər gün Məmmədova və ailə üzvlərinə qarşı hədyanlar danışmağa başladı. Əvəzin dayanmadığını gördük, hətta 26 avqust 2022-ci il tarixli çıxışında Əvəz adımı çəkməsə də Məmmədovun müdafiə işinə də ilişmişdi. Məcbur olduq Əvəzlə danışmağa. Əvəz mənə fantastik məbləğ demişdi. Sonra razılaşdıq. Pulu aldı. Cəmi 4 gün sonra yenə hədyanlar danışdı. Mən Əvəzin bunu mənə edəcəyini, yəni pul alıb yenə danışacağını, karusel edəcəyini heç gözləməzdim.
Bu da Məmmədovların haqlı narazılığına səbəb oldu. Həmin gün narazılıq olmasın deyə öz pulumdan Məmmədovların pulunu geri qaytardım. Və sonra mənə dedi ki, ona pul yox, sənədlər verdiyimi deyim. Özü də elə dedi. Sənəd adı gələn kimi, ikimizi də tutdular".

E.Sadıqov statusunun sonunda qeyd edib ki, Əvəzə qarşı müxtəlif ittihamlar və çoxlu epizodlar var: "Bəlkə də maddələrinin sayını özü də bilmir. Amma yenə də mənim adımı çəkib şou düzəldir". 

Vəkilin bu statusu dərc olunandan sonra Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı sosial platformada qısaca olaraq bunları yazıb: "Adamda bir ablr-həya olar. İmkan verin, Bakıya çatım. O "həqiqətlər"i bir-bir gözünüzün içinə deyəcəm".

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR