İnsanlara hürriyət, millətlərə istiqlal!

Elçin Əsgərov: “Azərbaycanda dinlərarası tolerantlıq tədqiqat üçün unikal modeldir”

304 07.03.2024 10:20 Ölkə A A

İordaniyanın paytaxtı Amman şəhərində Azərbaycanın İordaniyadakı səfirliyi və Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının təşkilatçılığı, Heydər Əliyev fondu və Azərbaycan XİN-in dəstəyi ilə keçirilən "Qarabağ xanlığı" kitabının təqdimatı və eyni adlı sərginin açılışı olub.

Musavat.com xəbər verir ki, açılış mərasimində çıxış edən ABİA-nın sədri Elçin Əsgərov kitabda əks olunan artefaktların Qarabağın tarixən sırf Azərbaycan mədəni kimliyini əks etdirməsi ilə yanaşı, 1828-ci ildə Azərbaycanın Rusiya və İran arasında bölünməsindən sonra Qarabağ ərazisinə ermənilərin kütləvi şəkildə köçürülməsindən və həmin dövrdə Qarabağ xanlığı bölgəsində formalaşan dini durumdan da bəhs edib.

O, çıxışında bunları nəzərə çatdırıb:

“Gürcüstan arxivlərindən tapılmış minlərlə yeni material təkcə Qarabağ regionunda Azərbaycanın qədim dövlətçilik tarixini tərənnüm etmir. Kitabda təqdim olunan sübutlar digər Azərbaycan ərazilərində olduğu kimi Qarabağ xanlığında da həm müxtəlif dinlərin, həm də İslam məzhəbləri nümayəndələrinin sülh və qarşılıqlı hörmət içində yaşadığını bariz nümayiş etdirir.

Bunun dərin kökləri Azərbaycanda İslam dininin təfəkkür və sevgi fəlsəfəsi ilə həmahəng olması ilə bağlıdır.

Eyni zamanda bu materiallar bu gün Azərbaycanda mövcud olan məzhəblər, dinlər və mədəniyyətlərarası tolerantlıq və qarşılıqlı hörmətin Azərbaycan xalqına tarixən xas olan dəyər olduğunu nümayiş etdirir. Bu amil buğunkü dunya, xüsusilə İslam aləmi üçün tədqiq olunası unikal model və dəyərdir”.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR