İnsanlara hürriyət, millətlərə istiqlal!

“Əl-Nəsr” Ronaldonun nalayiq jestini qasıq zədəsi ilə izah edib

1087 21.04.2023 12:55 İdman A A

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” futbol klubu komandanın hücumçusu Kriştiano Ronaldonun etdiyi nalayiq jestdən danışıb.

Musavat.com xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

“Ronaldo zədələndi. Onun “Əl Hilal”ın futbolçusu Qustavo Kuelyarla toqquşması çox həssas nahiyəyə zərbə ilə başlayıb. Bu, təsdiqlənmiş məlumatdır”, - komandadan bildiriblər. Həmçinin vurğulanıb ki, azarkeşlər istədiklərini düşünə bilərlər.

Aprelin 18-də “Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatında səfərdə “Əl-Hilalyu”ya 0:2 hesabı ilə uduzub. Matç başa çatdıqdan sonra paltardəyişmə otağına gedən Ronaldo əliylə qasıq nahiyəsini tutub, ev sahiblərinin fanatları isə onu cırnatmaq üçün əzəli rəqibi, PSJ-nin argentinalı hücumçusu Lionel Messinin adını səsləndiriblər.

Bundan sonra Ronaldonun Səudiyyə Ərəbistanından deportasiya olunacağı ilə hədələndiyi məlum olub.

Portuqaliyalı forvard 30 dekabr 2022-ci ildə “Əl-Nasr”a keçib. Ronaldonun müqaviləsi iki illikdir. Onun klubdakı maaşı ildə 200 milyon avrodur və bu, onu dünyanın ən çox maaş alan idmançısı edir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR