İnsanlara hürriyət, millətlərə istiqlal!

El Klasiko: Benzema qol sayında Raul Qonsalesi geridə qoyub

627 06.04.2023 22:18 İdman A A

İspaniya "Real Madrid"inin futbolçusu Kərim Benzema "Barselona" ilə oyunlardakı qol sayına görə "kral klubu"nun sabiq hücumçusu Raul Qonsalesi geridə qoyub.

"Report" xəbər verir ki, Kataloniya təmsilçisinə 4:0 hesabı qalib gəldikləri Kral Kubokunun yarımfinal mərhələsinin cavab oyununda het-trik edən fransalı forvard El Klasikolar tarixində vurduğu topların sayını 16-ya çatdırıb. R.Qonsales isə əzəli rəqiblə qarşılaşmalarda 15 dəfə fərqlənib.

İki komanda arasında indiyədək baş tutmuş görüşlərin ən sərrast oyunçusu isə Lionel Messidir. Hazırda Fransanın PSJ klubunda çıxış edən argentinalı hücumçu kataloniyalıların heyətində Madrid təmsilçisinin qapısına 26 dəfə yol tapıb.

Qeyd edək ki, yarımfinalın ilk oyununda 0:1 hesabı ilə uduzan "Real Madrid" ikinci matçdakı darmadağın sayəsində finalda "Atletik"ə rəqib olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR