İnsanlara hürriyət, millətlərə istiqlal!

"Əl-Hilal"dan Messiyə fantastik təklif

995 05.04.2023 18:27 İdman A A

Fransanın "Paris Saint-Germain" futbol klubunun argentinalı hücumçusu Lionel Messi Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubundan illik 400 milyon avro məvaciblə təklif alıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, klub Messi ilə 3 illik müqavilə imzalamaq istəyir.

Bu məbləğ ildə 200 milyon avro qazanan və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən ulduz futbolçu Kriştiano Ronaldoya verilən maaşdan iki dəfə çoxdur.

İddiaya görə, argentinalı artıq ailəsinə və yaxın dostlarına "Əl-Hilal"ın təklifini qəbul edəcəyini bildirib.

Transfermarkt hücumçunun transfer dəyərini 45 milyon avro qiymətləndirir.

Xatırladaq ki, Messi 2021-ci ilin yayından PSJ-də çıxış edir. 35 yaşlı hücumçunun Paris təmsilçisi ilə müqaviləsi bu ilin yayında başa çatır. O, komandanın tərkibində 67 matçda 29 qol vurub və 32 məhsuldar ötürmə edib. Argentinalı PSJ ilə birlikdə Fransa çempionu və ölkə Superkubokunun qalibi olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR