İnsanlara hürriyət, millətlərə istiqlal!

Ekvadorda teleaparıcıları canlı efirdə girov götürənlər saxlanılıb -VİDEO

412 10.01.2024 11:55 Dünya A A

Ekvador polisi Quayaquil şəhərində “TC Televisión” teleşirkətinin binasına soxulan və aparıcıları canlı yayımda girov götürən silahlı qrupun bir neçə üzvünü saxlayıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, ümumilikdə 13 nəfər saxlanılıb.

Yanvarın 9-da yerli vaxtla saat 14:20 radələrində maskalı və başlıqlı bir qrup silahlı şəxs Guayaquildə televiziya şirkətinin binasına daxil olub.

Hücum canlı yayımda həyata keçirilib. Basqınçılar onlara mikrofon verilməsini və canlı çıxış imkanı verilməsini tələb ediblər.

Hücum edənlər kamerada yanlarında silah və partlayıcı olduğunu göstəriblər. Daha sonra studiyada silsilə partlayış səsləri eşidilib və silah səsləri eşidilib. Hücumun başlamasından təxminən 20 dəqiqə sonra yerli səviyyədə yayım kəsilib, lakin beynəlxalq kanallarda və internetdə siqnal mövcud olub.

Hücumdan bir gün əvvəl Ekvador prezidenti Daniel Noboa bir sıra həbsxana iğtişaşları və ölkənin ən böyük qruplaşması Los Çonerosun rəhbəri Adolfo Macias Villamarın qaçmasından sonra ölkədə 60 günlük fövqəladə vəziyyət elan edib. Dövlət başçısı penitensiar sistemə nəzarəti bərpa etmək üçün silahlı qüvvələrdən istifadə etmək niyyətindədir.

Noboa bir sıra hücumlardan sonra ölkənin daxili silahlı qarşıdurma vəziyyətində olduğunu bəyan etdi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR