İnsanlara hürriyət, millətlərə istiqlal!

Ekvadorda narkobaron həbsxanadan qaçdı, ölkədə fövqəladə vəziyyət elan edildi - FOTO

812 09.01.2024 20:56 Dünya A A

Əsl adı Xose Adolfo Masias Vilyamar olan “Fito” ləqəbli məşhur narkobaron Ekvadorun cənubundakı Quayakil liman şəhərindəki həbsxanadan yoxa çıxıb.

Az sonra ölkə Prezidenti Daniel Noboa Ekvadorda fövqəladə vəziyyət elan edib.

“Mən indicə ölkədə fövqəladə vəziyyət elan etdim ki, silahlı qüvvələr öz hərəkətlərinə tam siyasi və hüquqi dəstək alsınlar”, - milli lider özünün “Instagram” səhifəsində yazıb.

Qeyd edək ki, ölkənin ən təhlükəli cinayətkarı hesab edilən 44 yaşlı Fitonun soyğunçuluq, mütəşəkkil cinayətkarlıq, silah saxlama və qətl kimi cinayətlərə görə 14 məhkəmə çəkişməsi var. O, ümumilikdə 34 il müddətinə azadlıqdan məhrum edilib, onun 12 ilini artıq həbsxanada yatıb.

Cinayət aləminin liderinin həbsdən qaçması ilk dəfə deyil: 2013-cü ilin fevralında Fito və daha 15 dəstə üzvü həmin həbsxana kompleksində yerləşən La Roka həbsxanasından qaçıblar. 10 ay ərzində onlar ən çox axtarılan cinayətkarlar olublar.

Ölkənin həbsxana müdirliyinin məlumatına görə, Fito qaçdıqdan sonra Ekvadorun 24 əyalətindən altısında həbsxanalarda iğtişaşlar başlayıb. Onların bəzilərində mühafizəçilər girov götürülüblər.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR