İnsanlara hürriyət, millətlərə istiqlal!

Ekspert: “Kiberhücumlar vətəndaşın bu hüququnu məhdudlaşdırır”

733 03.03.2023 17:56 Texnologiya A A

“Milli informasiya resurslarına qarşı sanki planlaşdırılmış, məqsədyönlü hücumlar olur. Bunu həvəskar qruplar və ya ayrı-ayrı hakerlər etmir. Məsələyə ciddi yanaşmaq lazımdır”.

Bu fikirləri Musavat.com-a Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz deyib.

O qeyd edib ki, aidiyyəti dövlət qurumları məsələni hüquqi müstəviyə daşımalıdırlar: “İlk növbədə ciddi araşdırma aparılmalıdır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin qlobal informasiya resursları ilə operativ əlaqəsi olmalıdır. O cümlədən Azərbaycanda informasiya təhlükəsizliyi ilə bağlı koordinasiya komissiyası var. Kiberhücumlar həm də vətəndaşın informasiya almaq hüququnu məhdudlaşdırır”.

Ekspert media qurumlarına təhlükəsizlik məsələlərinə daha diqqətli yanaşmağı tövsiyə edir: “Mütəxəssislər cəlb edilməli, müvafiq tədbirlər görülməlidir. Əks halda, təhlükələr getdikcə artacaq. Yeni serverlər alına bilər, alternativ serverlərin olmasına da diqqət yetirmək lazımdır. Əlbəttə ki, hücumun qarşısını almaq üçün ilkin reaksiya hər zaman əhəmiyyətlidir. İlk növbədə, məsul əməkdaşın peşəkarlığı, daha sonra aidiyyəti qurumların çevik reaksiyası ilə problemin həllini sürətləndirmək mümkündür. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hesabatında bildirilir ki, bu tip hücumlar getdikcə artacaq”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR