İnsanlara hürriyət, millətlərə istiqlal!

Əkin sahəsinə görə kəndlini döydülər - saxlanılan var - FOTO

858 25.07.2024 13:40 Kriminal A A

Tərtərdə kənd sakini həmkəndlisi tərəfindən döyülüb.

Lent.az xəbər verir ki, döyülərək xəsarət alan Buruc kənd sakini Kərimov Murad Zahid oğlu hadisəni törədən şəxsin saxlanılmadığı və barəsində tədbir görülmədiyini iddia edir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Tərtər rayon Buruc kənd sakini Murad Kərimovun döyülməsi ilə bağlı rayon Polis Şöbəsinə etdiyi müraciət barəsində araşdırma aparılır.

Araşdırma zamanı, Buruc kəndinin ərazisindəki əkin sahəsində aralarında yaranmış münaqişə zamanı M.Kərimova həmkəndlisi Mirpaşa Paşazadə tərəfindən ağacla xəsarət yetirildiyi müəyyən edilib.

M.Paşazadə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılaraq müvafiq espertiza təyin olunub. Ekspetizanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

Qeyd edək ki, bir müddət əvvəl də tərəflər arasında baş verən münaqişə ilə əlaqədar Tərtər RPŞ-də araşdırmalar davam etdirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR