İnsanlara hürriyət, millətlərə istiqlal!

Əhmədin cinayət işinə bu halda xitam verilə bilər - AÇIQLAMA

1223 21.02.2024 15:34 Kriminal A A

“Şizofreniyanın müxtəlif dərəcələri var. Ekspertiza cinayəti törədən şəxsi cinayət məsuliyyətinə cəlb etməyin mümkünlüyünü müəyyən etmək üçün təyin olunur. Yəni cinayət anında şübhəli affekt halında olub, ya şüuru özündə olub? İstənilən halda nəticədən asılı olaraq istintaq qərar qəbul edəcək”.

Bu fikirləri Musavat.com-a hüquqşünas Əsabəli Mustafayev bildirib.

ESAB.jpg (24 KB)

O qeyd edib ki, əgər ekspertiza Əhməd Əhmədovun cinayət zamanı şüurlu vəziyyətdə olduğuna dair rəy versə, cinayət işi davam edəcək:

“Əgər desələr ki, affekt vəziyyətində olub, o zaman cinayət işinə birdəfəlik xitam veriləcək. Bu zaman o daimi müalicə alacaq. Qapalı müalicə müəssisələrində giriş-çıxış məhdudiyyəti var. Əhmədin əsəbi vəziyyətdə cinayətə əl atması müəyyən edilsə, müalicədən sonra mühakimə edəcəklər. Ruhi xəstə kimi qeydiyyata alınsa, cəzaçəkmə müəssisəsindən tibb müəssisəsinə keçirəcəklər. Müalicə bitdikdən sonra cəzaçəkmə müəssisəsinə qaytarılacaq. Əhməd Əhmədovun cəzadan azad edilməsi üçün yalnız affekt vəziyyəti əsas ola bilər”.

Qeyd edək ki, Bakıda ailəsinin 5 üzvünü amansızlıqla qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov Respublika Psixiartiya Xəstəxanasına yerləşdirilib.

“Qafqazinfo” xəbər verir ki, istintaq orqanı tərəfindən Ə.Əhmədovun psixi xəstə olmasının müəyyənləşdirilməsi məqsədilə təyin edilmiş ekspertiza ilə əlaqədar o, məhkəmənin qərarı ilə ixtisaslaşmış qapalı tibb müəssisəsinə aparılıb. Ə.Əhmədovun 20 gün müddətində stasionar qaydada saxlanılacağı və bu müddətin sonunda onun psixi xəstəliyi ilə bağlı ekspertiza rəyinin veriləcəyi bildirilib.

Qeyd edək ki, Xətai Rayonu ərazisində atasını, anasını, qardaşını, bacısını və onun körpə övladını amansızlıqla qətlə yetirməkdə ittiham edilən Əhməd Əhmədovun psixi xəstə olması barədə məlumatlar yayılıb və onun daha əvvəl də ixtisaslaşmış müəssisədə müalicə aldığı bildirilib. Həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 2020-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar çağırışçılar üçün nəzərdə tutulmuş bütün zəruri müayinələrdən keçirilib və göndəriş əsasında Ə.Əhmədovun 1 nömrəli “Respublika Psixiatriya Xəstəxanasına” əlavə tibbi müayinəyə göndərilməsini açıqlayıb. Həmin vaxt Ə.Əhmədova “Şizofrenəbənzər pozuntu” diaqnozu təyin edilib. Nəticədə Ə.Əhmədov həm dinc dövrdə, həm müharibə dövründə hərbi xidmətə yararsız hesab edilib.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR