İnsanlara hürriyət, millətlərə istiqlal!

Əhaliyə CİDDİ XƏBƏRDARLIQ: İnanmayın!

5425 01.03.2023 22:14 Texnologiya A A

Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara kiberdələduzlarla bağlı xəbərdarlıq edib.

Musavat.com quruma istinadən xəbər verir ki, kiberdələduzlar saxta veb saytlar vasitəsilə vətəndaşları Trendyol şirkətinin 15 illiyi münasibətilə sorğuda iştirak edərək pul mükafatı qazanmağı vəd edirlər. Sorğuda iştirak edən istifadəçilərdən kampaniya barədə məlumatı vatsap mobil tətbiqi vasitəsilə 5 qrup və ya 20 nəfərə göndərilməsi tələb olunur.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə vədlərə inanmamağı, belə mesajları heç kəsə göndərməməyi və bu kimi təkliflərlə qarşılaşdıqda şirkətin rəsmi saytına daxil olaraq dəqiqləşdirməyi tövsiyə edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR