İnsanlara hürriyət, millətlərə istiqlal!

Əfsanəvi futbolçu VƏFAT ETDİ FOTO

1649 04.02.2024 20:43 Dünya A A

İsveç futbolunun əfsanəvi adı, 1958-ci ildə dünya çempionatının finalında da çıxış edən Kurt Hamrin 89 yaşında dünyasını dəyişib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsveç Futbol Federasiyası məlumat yayıb.

"İsveç futbolu ən böyük ustalarından birini itirdi. Hamrini böyük səmimiyyət və minnətdarlıqla xatırlayacağıq".

O, “Yuventus”, “Padova”, “Fiorentina”, “Milan” və “Napoli” klublarında da çıxış edib. 

Bundan əlavə, Hamrin 190 qolla "Serie A" tarixində ən çox qol vuranlar arasında 9-cu yeri tutub.

Əfsanəvi futbolçu İsveç millisində 32 matçda 17 qol vurub. O, 1958-ci il dünya çempionatında rəqib qapısına 4 dəfə qol vuraraq komandasının finala yüksəlməsində böyük rol oynayıb. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR