İnsanlara hürriyət, millətlərə istiqlal!

Ədliyyə binasına hücum edən terrorçular belə MƏHV EDİLDİ - ANBAAN VİDEO

2315 06.02.2024 14:22 Region A A

Xəbər verdiyimiz kimi, İstanbulda Çağlayan Ədliyyə binasına silahlı hücum olub. Hadisə zamanı 3-ü polis olmaqla 6 nəfər yaralanıb, 2 terrorçu isə zərərsizləşdirilib.

Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, hadisənin görüntüləri təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Belə ki, görüntülər terrorçuların necə zərərsizləşdirildiyini ortaya çıxarıb.

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkədə hücumun təfərrüatlarını paylaşıb:

caglayan-adliyesi-ndeki-silahli-saldiri-kamerada-16820528_6023_m.jpg (18 KB)

"Bu gün saat 11.46-da İstanbul Çağlayan Ədliyyəsinin C qapısı qarşısındakı nəzarət-buraxılış məntəqəsinə hücum cəhdi olub. 1-i qadın və 1-i kişi olmaqla 2 terrorçu öldürülüb. 3-ü polis olmaqla 5 nəfər yaralanıb. Qəhrəman polislərimizi təbrik edirəm. Yaralılarımızın tezliklə sağalmasını arzu edirəm. Hadisələri ictimaiyyətlə paylaşmağa davam edəcəyik".

caglayan-adliyesi-ndeki-silahli.jpg (24 KB)

"Bu gün Çağlayan Ədliyyəsinin C qapısı qarşısındakı nəzarət-buraxılış məntəqəsində terror aktı törədilib. Zərərsizləşdirilən E.Y və P.B adlı xainlərin DHKP/C (İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi) terror təşkilatının üzvü olduğu müəyyən edilib. Terrorçular zərərsizləşdirilərkən, 3-ü polis olmaqla 6 nəfər yaralanıb. Yaralılarımızın tezliklə sağalmasını arzu edirəm".

Həmin görüntüləri təqdim edirik:

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR