İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Türkiyədə ədliyyə binasına HÜCUM - Ölən və yaralananlar var FOTO VİDEO

1699 06.02.2024 13:11 Hadisə A A

İstanbulda Çağlayan Ədliyyə Sarayının C qapısı qarşısında atışma baş verib.

Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, vətəndaşlar təşviş içərisində yerə uzanıb.

Hadisə yerinə çoxlu sayda polis qüvvələri cəlb edilib.

Məlumata görə, hadisə zamanı 1-i qadın və 1-i kişi olmaqla 2 silahlı öldürülüb. 3-ü polis olmaqla 6 nəfər isə yaralanıb.

Məhkəmə binasına giriş və çıxışlar bağlanıb.

İnternetdə yayımlanan görüntülərdə mühafizəçilərin vətəndaşları daha təhlükəsiz yerlərə yönləndirdiyi anlar əks olunub.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR