İnsanlara hürriyət, millətlərə istiqlal!

Ece İrtemin son görüntüləri - VİDEO

884 16.06.2026 09:46 Şou-biznes A A

Türkiyəli aktrisa Ece İrtemin vəfatından əvvəlki son görüntüləri sosial şəbəkələrdə yayılıb.

Musavat.com-un məlumatına görə, təhlükəsizlik kameralarına düşən kadrlarda aktrisanın əvvəlcə iti ilə birlikdə restoranlardan birinə getdiyi, daha sonra isə anası ilə yaşadığı binaya daxil olduğu görünür.

Görüntülərdə onun özünü tam yaxşı hiss etmədiyi diqqət çəkir.

Məlumata əsasən, Ece İrtem iyunun 15-də evində, anasının yanında olarkən qəfil halı pisləşib və həyatını itirib. İlkin ehtimala görə, ölüm səbəbi ürəktutması kimi göstərilsə də, dəqiq səbəb məhkəmə-tibbi ekspertizasının rəyindən sonra məlum olacaq.

35 yaşlı aktrisa ölümündən cəmi bir gün əvvəl doğum gününü qeyd etmişdi. O, son olaraq məşhur türk serialı Kızılcık Şerbeti”ndə canlandırdığı “Işıl” obrazı ilə geniş tamaşaçı sevgisi qazanmışdı. Bundan başqa, “Yeni Gelin”, “Payitaht Abdülhamid” və “Sandık Kokusu” kimi layihələrdə də rol almışdı.

Könül
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR