İnsanlara hürriyət, millətlərə istiqlal!

"Tibb sahəsində ilk sosial layihəmizi Yeni Klinikada həyata keçirdik"

505 08.07.2026 12:16 Səhiyyə A A

"BP-nin Azərbaycandakı fəaliyyət çərçivəsində əsas iş sahələrimizlə yanaşı, məsuliyyətli korporativ vətəndaş olaraq cəmiyyətin həyatında müxtəlif sosial layihələrlə iştirak etməyə çalışırıq. ​Çox şadıq ki, sosial layihələrimizin coğrafiyasını və təsir dairəsini bu gün Yeni Klinika layihəsi – Tədris Simulyasiya Mərkəzi ilə bir daha genişləndirmiş olduq. Bu, əslində təhsil və tədris layihəsi olsa da, tibb sahəsindəki ilk layihəmiz hesab oluna bilər".

Musavat.com xəbər verir ki, bu fikirləri TƏBİB və BP-nin tərəfdaşlığı ilə Yeni Klinikada yaradılan Simulyasiya və Təlim Mərkəzinin açılış mərasimində BP-nin Xəzər, Orta Asiya və Türkiyə regionu üzrə xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

"Şadıq ki, bu layihəni məhz Yeni Klinikada, TƏBİB-in dəstəyi və Sağlamlıq Xidməti İctimai Birliyinin icraat dəstəyi ilə həyata keçirə bildik. Bildiyim qədərilə, bu, ölkədə faktiki olaraq bu miqyasda fəaliyyət göstərəcək ikinci Tədris Simulyasiya Mərkəzi olacaq. Dörd mərhələdən ibarət olan bu böyük layihənin hazırda birinci mərhələsindəyik", - deyə B.Aslanbəyli əlavə edib.

​O qeyd edib ki, layihə ölkədə müxtəlif sahələrdə çalışan tibb işçilərimizin və həkimlərimizin praktiki treninqləri, təlimləri, eləcə də simulyasiya fəaliyyətləri üçün faydalı olacaq:

"Nəticə etibarilə ölkədə tibbi xidmətin keyfiyyətinin daha da yüksəlməsinə öz töhfəsini verəcək.

Bəxtiyar Aslanbəyli çıxışında son 15-20 ildə elmi-texniki nailiyyətlərin tibb sahəsində tətbiqinin sürətlə artdığını, tibbin innovasiyaların ən operativ tətbiq olunduğu sahələrdən birinə çevrildiyini vurğulayıb.

O qeyd edib ki, özəl sektorun vətəndaş məsuliyyəti də bu inkişaf prosesinə dəstək vermək və ölkənin tərəqqisinə töhfə göstərməkdir.

Sonda BP rəsmisi layihənin həyata keçirilməsində iştirak edən TƏBİB komandasına, icraçı təşkilata və əməyi keçən bütün tərəfdaşlara təşəkkür edib. O bildirib ki, layihə vaxtında, nəzərdə tutulan büdcə çərçivəsində və yüksək peşəkarlıqla başa çatdırılıb.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR