İnsanlara hürriyət, millətlərə istiqlal!

Ebru Gündeş keçmiş sevgilisi ilə verilişdə üz-üzə gəldi - ANBAAN VİDEO

6265 01.01.2024 18:20 Şou-biznes A A

"O Səs Türkiyə" hər il olduğu kimi, bu il də Yeni ilə özəl proqramı ilə ekranlara gəlib.

Proqramda Türkiyənin məşhur müğənnisi Ebru Gündeşlə bağlı maraqlı anlar yaşanıb.

Belə ki, yarışmada iştirak edən şəxslərdən biri də müğənninin keçmiş sevgilisi aktyor Kerem Alışık olub. Qonaq qismində səhnəyə çıxan Kerem Alışık "Getmə, ağlım seninle" mahnısını ifa edib. Münsiflər kürsüsündə əyləşən Ebru Gündeşin ifa zamanı dərhal ona doğru çevrilməsi və ikisinin bir-birinə nəzər salması diqqətdən yayınmayıb. Kerem Alışık münsiflər heyəti arasında keçmiş sevgilisi Gündeşi seçib. Bu görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən müzakirələrə səbəb olub.

Xatırladaq ki, 1995-ci ildə "Fırtınalar" serialında birgə rol alan Ebru Gündeş və Kerem Alışıkın dostluğu bir müddətdən sonra eşq macərasına dönüb. Qısa müddətdə bir-birini sevən tərəflər o zamanların əfsanə cütlüyünə çevrilib. Serial bitəndə isə onların sevgisi də bitib. Keçmiş xəbərlərdə cütlüyün ayrılmasına səbəbin qısqanclıq olduğu bildirilib. (sfera.az)

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR