İnsanlara hürriyət, millətlərə istiqlal!

DYP zabitinin öldüyü qəzanın TƏFƏRRÜATI - FOTO

1305 23.12.2022 13:31 Hadisə A A

Ötən gecə Ağstafa rayonu ərazisində DYP zabitinin ölümü ilə nəticələnən qəzanın təfərrüatı məlum olub.

Musavat.com Qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə saat 01 radələrində polis leytenantı Aqil Məqsəd oğlu Alıyevin idarə etdiyi “Hyundai Azera” markalı, 90 RT 533 dövlət qeydiyyat nişanlı avtomobilin aşması nəticəsində baş verib.

Belə ki Qazax rayon Polis Şöbəsinin DYP Bölməsinin inzibati təcrübə üzrə baş inspektoru A.Alıyevin sürdüyü avtomobil yoldan çıxaraq ağaclara çırpılıb. Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qeyd edək ki, faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Vəfat edən polisin fotosunu təqdim edirik:

1671782255_321594598_1525100464623621_1669234419869921687_n.jpg (159 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR