İnsanlara hürriyət, millətlərə istiqlal!

“Düşündüyümüz transferlərdən heç biri Bakıda deyil” - Qurban Qurbanov

1262 21.08.2023 00:10 İdman A A

“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 3-cü turunun “Araz-Naxçıvan”la oyunundan sonra (2:1) mətbuat konfransında iştirak edib.

O, vacib üç xal qazandıqlarını vurğulayıb:

“Çox gərgin oyun oldu. Vacib 3 xal qazandıq. Açıqlama vermək istəmirəm. Futbolçularıma dedim ki, gərgin qrafik bizi gözləyir. Daha çox əziyyət çəkəcəyik. Qeyri-sabitlik başadüşüləndir. Bəzi oyunçularımız zədəlidir. Buna baxmayaraq, belə hallarda oyunçularımın xarakterini müşahidə edirəm. Düşünürəm ki, gərgin oyunlardan yalnız nəticə çıxara bilərik. Futbolçularımı təbrik edirəm! Azər müəllimə və “Araz-Naxçıvan”a uğurlar arzu edirəm!

Andrey Lunyovla əvvəldən danışıqlar aparırdıq. Oyun təcrübəsi azdır. Artıq ilk məşqimiz olub. Əsas qapıçının kim olması onların özündən asılıdır. Lunyovun karyerası haqda danışmağa dəyməz. Çox yaxşı klublarda oynayıb. İstəyirdik ki, o, bizimlə birgə olsun.

“Olimpiya” ilə oyundan öncə bu matçın bizə faydası çox olacaq. Oyunçulara inam verən görüş oldu. Təki faydası çox olsun. İki gün əvvəl axşam saatlarında Bakıda olmuşuq. 5 saatdan çox yolda olmuşuq. Oyundan sonrakı vəziyyət heç də asan deyil, bilirsiniz. Hər bir halda, işə məsuliyyətlə yanaşmalıyıq. Heyətdəki dəyişiklikləri gördünüz. Oyunun gedişatında da dəyişikliklər oldu. Bu hallar mənə də təcrübə verir.

“Olimpiya” ilə səfərdə keçiriləcək ilk oyun bizə fayda verə bilər. Futbol elə nöqtəyə gəlib ki, səfər və ya ev matçları arasında fərq olmur. Məncə, ilk oyunun səfərdə keçirilməsi bizim üçün faydalı ola bilər. “Olimpiya” ilə 5 il əvvəlki oyun heç də asan olmamışdı. Məşqçiləri portuqaliyalıdır. Tam fərqli komandadır. İnanıram ki, maraqlı görüşlər olacaq. Bəhlul Mustafazadə həmin oyuna qədər hazır olmalıdır. Yəqin, sabahdan sonra hər şey daha da aydın olacaq.

Bizim məsuliyyətsiz olmadığımız vaxt yoxdur. Elə bir ad daşıyırıq ki, orada mütləq məsuliyyət olmalıdır. Hər il get-gedə gözləntilər, tələblər artır. “Neftçi” və “Sabah” məğlub olsalar da, layiqli oynadılar. “Neftçi”yə daha ciddi rəqib düşmüşdü. “Partizan” da təcrübəli komandadır. İstər-istəməz məsuliyyətimiz artıb. İnanıram ki, uğurlu çıxış edəcəyik və bütün azarkeşlər oyunlarda bizə dəstək olacaqlar. Onları sevindirməyə çalışacağıq.
Sabah və ondan sonrakı gün məşqlərimiz olacaq. Lunyovun oyun təcrübəsi son vaxtlar olmasa da, əvvəlki illərdə olan təcrübəsi ona kömək edə bilər. O, qarşıdakı oyunlarda idman formasını bərpa etsə, yenə də nəzərdən keçirəcəyik. Komanda üçün layiqli oyunçu tapsaq, danışıqlar apara bilərik. Hələ düşündüyümüz transferlərdən heç biri Bakıda deyil.

Qaspar Pandero ilə ayrılmaq qərarını vermişik. Hüquqları hələ bizim üzərimizdədir. Məcburuq ki, müqaviləsində olan şərtlərə əmək edək.

Transfer məsələlərinin maddi tərəfi ilə çox maraqlanmıram. Bəzən düşünmədiyimiz transferlər də olur. Çalışırıq ki, yerli oyunçulara daha çox üstünlük verək. Mövcud olan rüsum məsələsi isə bizim transfer məsələlərimizə təsir göstərmir.

Adama Diakabi 2 oyunda qol vursa da, hələ də idman formasından razı deyiləm. Daha potensiallı futbolçudur. İnsanın özündən çox şey asılıdır. O, daima çalışmalıdır və sabitliyi qorumalıdır. Mən də məşqçi kimi qeyri-sabit olmamalıyam. Adama sabitliyi qoruyub saxlaya bilsə, yaxşı olar.

Hazırda qapıçılarımızla bağlı heç bir klubla danışıqlar aparmırıq. Elə hal olsa, nəzərdən keçirəcəyik”./Offsideplus.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR