İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın ən uğurlu neft fondu rekord itkiylə üzləşdi

928 31.01.2023 13:25 İqtisadiyyat A A

Norveçdə neft gəlirlərinin toplandığı fond – Pensiya Fondu 2022-ci ili rekord itkilərlə başa vurub. Norveç Bankının açıqladığı məlumata görə, ötən il Fond 1,64 trilyon kron və ya 164 milyard dollar itirib.

Musavat.com xəbər verir ki, beləliklə, Norveç Pensiya Fondu 2022-ci ili mənfi 14,1 faizlik gəlirliliklə yekunlaşdırıb.

Fondun rəhbəri Nikolay Tangen itkilərin səbəbini açıqlayıb: “Bazar Avropadakı hərbi əməliyyatların, yüksək inflyasiya və uçot dərəcələrinin artırılmasının mənfi təsirlərinə məruz qalıb. Bu, həm səhm, həm də istiqraz bazarlarına aiddir. Energetika istisna olmaqla, bazardakı bütün sektorlarda mənfi gəlirlilik qeydə alınıb”.

31 dekabr 2022-ci il tarixinə Norveç Pensiya Fondunda 123,4 trilyon kron və ya 1,24 trilyon dollar aktiv olub. Rusiya Ukraynaya hücum etdikdən sonra Fond bu ölkədəki investisiyalarını dondurub. 2021-ci ilin sonuna Fondun Rusiyadakı yatırımlarının həcmi 2,7 milyard avro təşkil edirdi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR