İnsanlara hürriyət, millətlərə istiqlal!

"Dünyanın ən çirkin insanı" ölü tapıldı - FOTO

1716 08.12.2023 15:19 Dünya A A

İştirak etdiyi yarışmada "dünyanın ən çirkin adamı" seçilən 51 yaşlı Zimbabveli Maison Sere dünyasını dəyişib.

Maison Serenin vəfat etdiyi öyrənilib. Sere getdiyi bir tədbirdə məkanın tualetində ölü tapılıb.

Qeyd edək ki, Zimbabvedə yaşayan 51 yaşlı Maison Sere 4 dəfə qatıldığı yarışmada dünyanın ən çirkin adamı seçilib.

Sere hər dəfə pul mükafatı ilə müsabiqəni tərk edəndə ikinci yer tutan şəxs onu o qədər də çirkin olmamaqda ittiham edib.

Onlar Serenin dişləri əskik olduğu üçün bu mükafatı qazandığını iddia ediblər.

Maddi cəhətdən kasıb olduğu bilinən Sere "Pulum olmayanda yas mərasimlərinə gedirəm, orada özümü doyururam" deyib.

Məqaləyə dair fotomateriallar:

Milli.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR