İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın ən böyük çoxayaqlısı: İnsan üçün təhlükəlidir

1813 10.04.2026 03:15 Dünya A A

Giant sklopendra dünyanın ən iri çoxayaqlılarından biri hesab olunur və son dərəcə təhlükəli yırtıcı kimi tanınır.

Musavat.com xəbər verir ki, bu nəhəng canlı siçan, kərtənkələ, qurbağa ovlamaqla yanaşı, hətta yarasaları da havada tutmağı bacarır.

Məlumata görə, sklopendra son dərəcə çevik hərəkət edir və güclü zəhəri ilə qurbanını qısa müddətdə zərərsizləşdirir. Onun ov imkanları arasında xırda məməlilərdən amfibiyalara qədər müxtəlif canlılar var.

Mütəxəssislər bildirirlər ki, bu çoxayaqlının insan üçün dişləməsi həyati baxımdan əksər hallarda ölümcül sayılmasa da, olduqca ağrılı keçir. Zəhər güclü ağrı, yanma hissi və şişkinlik yaradır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR