İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyadan Ermənistana TARİXİ ŞİLLƏ

4383 02.10.2023 15:51 Region A A

Qarabağda baş verən hadisələr Ermənistan daxilində hansı effekti verəcək?

Ekspertlər bununla bağlı fərqli mövqe sərgiləyirlər.

Musavat.com caliber.az saytına istinadən xəbər verir ki, politoloq Kazbek Beysebayev (Qazaxıstan) Ermənistanda siyasi qarşıdurmanın məhz Qarabağ problemi və ondan irəli gələn müxtəlif amillərlə bağlı baş verdiyini bildirib.

“Sadə dillə desək, mübarizə qondarma Qarabağ klanı ilə ona qarşı çıxanlar arasında gedirdi. Azərbaycan Qarabağ məsələsini nəhayət və dönməz şəkildə həll etdi. Bu o deməkdir ki, Ermənistanın özündə Qarabağ məsələsi real ölçüdən başqa müstəviyə keçir. Təxminən ermənilərin özlərininki hesab etdiyi, lakin de-fakto və de-yure Türkiyə ərazisində yerləşən Ağrı dağı kimi.

Ermənistan Qarabağ sayəsində müəyyən dərəcədə dünya ictimaiyyətinin və konkret olaraq dünyanın aparıcı oyunçularının diqqətini cəlb etdi. Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etdikdən sonra həmin oyunçular üçün Qarabağ məsələsini yenidən gündəmə gətirməyin mənası yoxdur. Onların qarşıdurması indi başqa yerlərdə də gedir”, - Beysebayev hesab edir.

Gürcüstan prezidentinin xarici siyasət məsələləri üzrə keçmiş müşaviri, analitik Tengiz Pxaladzenin sözlərinə görə, sual mürəkkəbdir və yəqin ki, heç kim buna birmənalı cavab verə bilməz:

“Ermənistanda vəziyyət çətindir. Ancaq yenə də mənə elə gəlir ki, Paşinyanın komandası çox ciddi zərbəyə tab gətirdi və prinsipcə, ciddi sayıqlıq və rasionallıq nümayiş etdirdi. Ümid edirəm ki, revanşistlər hakimiyyəti ələ keçirə bilməyəcəklər, çünki bu, keçmişə qayıdış anlamına gələr. Hesab edirəm ki, sülh, inkişaf, münasibətlərin normallaşması regionun ümumi maraqlarına cavab verir”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR