İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya mediası AKINCI-dan yazır

7511 21.05.2024 10:40 Dünya A A

Türkiyənin AKINCI PUA-sının İranda üzərinə götürdüyü missiya dünya mətbuatında geniş işıqlandırılıb. PUA-ların texniki xüsusiyyətlərinə manşetlərdə yer verilib.

Musavat.com xəbər verir ki, Rusiyanın TASS agentliyi helikopterin Türkiyə PUA-sı tərəfindən tapıldığını yazıb.

Belə ki, agentlik Türkiyənin koordinatları İrana verdiyini bildirilib.

Hindistanın “The Daily Guardian” qəzeti AKINCI-nın missiyasının təfərrüatlarına geniş yer verib.

Çinin CGTN telekanalı da mövzünü geniş işıqlandırıb. Telekanal bu çətin anlarda Türkiyənin İrana göstərdiyi yardımın təqdir edildiyi bildirilib.

Ərəb mediası da AKINCI PUA-sının İrandakı missiyasına biganə qalmayıb. Belə ki, "Əl-Ərəbiyyə" telekanalı “Türk PUA-sı qəza yerini tapdı” başlığı ilə xəbər yayıb.

“New Arab” və “The Jerusalem Post”un xəbərlərində PUA-ların texniki göstəricilərinə geniş yer verilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR