İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya bu biabırçılıqdan danışır: Gizlətməyə çalışdılar, amma... - ŞOK

2733 11.01.2024 13:53 Dünya A A

Bruklində pravoslav yəhudilərinə məxsus sirli sinaqoq tapılıb. Hadisə yerinə gələn polis 10 nəfəri həbs edib.

Musavat.com xəbər verir ki, ABŞ-ın ən böyük şəhərlərindən biri olan Nyu-Yorkda sinaqoqun altında qanunsuz tikilmiş tunellərin tapılması və pravoslav yəhudilərin tunellərdən keçərək yeraltı sinaqoqa getməsi həm beynəlxalq ictimaiyyətdə, həm də sosial mediada qızğın müzakirə mövzusuna çevrilib.

Sinaqoqu idarə edən ravvin Yosef Braun hadisələri "dəhşətli və pravoslav yəhudilik üçün utancverici bir hadisə" kimi qiymətləndirib.

Bəs tunel hara uzanır və niyə qazılıb?

CNN Türk kanalının Vaşinqton təmsilçisi Yunus Paksoy hadisə ilə bağlı son xəbərləri çatdırıb:

new-yorkta-bir-sinagogda--670_2.jpg (55 KB)

"Bu sinaqoq yəhudilərin çox olduğu Bruklin bölgəsindədir - özünüzü İsraildə hiss etdiyiniz bölgə. Son bir aydır burada qonşular qəribə səslər eşidirlər. Qazma səsləri, tikinti səsləri... Və səlahiyyətli şəxslərə xəbər verirlər. Nəticədə bu sinaqoqun altında tunelin qazıldığı müəyyən edilir. Təbii ki, bu qanuni deyil. Heç bir icazə almadan şəhərin altına girilib, yan küçəyə çatana qədər tunel qazılıb".

Yəhudi icması ekstremist gənclərin törətdiyi insidenti dəstəkləmədiklərini, lakin bunun bir neçə gəncin qaza biləcəyi tunel olmadığını bildirib. Artıq hadisə ilə bağlı 10 nəfər saxlanılıb, onlar 19-22 yaş aralığındadır.

Türk müxbirin sözlərinə görə, yəhudilər ora gizlicə adamlar gətirməyi planlaşdırıb:

"Anladığımız odur ki, 3-5 gəncin qazdığını deyib, hadisəni ört-basdır etməyə çalışırlar. Yəhudilərin daha çox istifadə etdikləri arqument sinaqoqu genişləndirməyə çalışmaları idi. Oraya gizli adamlar gətirmək cəhdləri ola bilərdi. İçərisində çarpayıdan tutmuş uşaq arabasına qədər müxtəlif əşyalar var. Nəhəng media qurumları bu problemi həll etmək üçün öz resurslarını ayırmadı. Məscidin və ya dini idarənin altında tunel tapılsa, hücumdan terrora qədər hər şey gündəmdə olardı".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR